Elektron imza

Elektron imza və ya e-imza — məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən verilənlər.[1][2][3] Bu imza yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa İttifaqında eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir.[4][5]

Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES).[4][6] Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər.

  1. Turner, Dawn. "What is a Digital Signature - What It Does, How It Works". Cryptomathic. February 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2016.
  2. "REGULATION (EU) No 910/2014 of 23 July 2014 on electronic identification and trust services for electronic transactions in the internal market and repealing Directive 1999/93/EC". THE EUROPEAN PARLIAMENT AND OF THE COUNCIL. January 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2016.
  3. "What Are E-Signatures? | Signable". July 31, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2016.
  4. 1 2 Turner, Dawn. "Major Standards and Compliance of Digital Signatures - A World-Wide Consideration". Cryptomathic. February 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2016.
  5. "Federal Rules of Evidence | Federal Rules of Evidence | LII / Legal Information Institute". Law.cornell.edu. November 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2015.
  6. JA, Ashiq. "Recommendations for Providing Digital Signature Services". Cryptomathic. February 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy